AZ | EN

İT imkanları

Home Qonaqlar üçün İT imkanları Rəqəmsal resurslara dair müddəalar
Xəzər Universitəsinin Kitabxana İnformasiya Mərkəzi tərəfindən təmin olunmuş lisenziyalı elektron resursları universitənin tələbə, professor-müəllim heyəti, əməkdaşları və digər səlahiyyətli istifadəçilərinin təlimlənməsi, tədqiqat aparması, təhsilin təkmilləşdirilməsi və bu kimi fəaliyyətlər üçün nəzərdə tutulub. Ümumiyyətlə, səlahiyyətli istifadəçilər bu mənbələrdən gəlir məqsədi güdmədən, elmi, maarifləndirici və araşdırma məqsədilə istifadə edə bilərlər.
Aşağıda qeyd olunmuş internet filtrlərini təmin edirik:

  • Əsas filtr - pornqrafik saytlara girişin qarşısının alır. Bu, bütün istifadəçilər üçün internetin məhdudlaşdırılmasının minimum həddidir.
     
  • Gücləndirilmiş filtr - nifrət, ayrıseçkilik, qumar, qeyri-qanuni fəalliyətlərə dair informasiyaların olduğu saytlar və böyüklər üçün nəzərdə tutulmuş digər saytlar, söhbət (çat) otaqlarına  girişin qadağan olunmasıni təmin edir.
 
  • İnternetsizlik - valideyn həddi-büluğa çatmamış ( 8 yaşdan kiçik) uşaqlara kitabxana kompüterlərində internetə girişi qadağan edə bilər.
 
Qadağan olunmuş hallara aşağıdakılar daxildir:

           
  • Şifrələrin və ya başqalarının səlahiyyətində olan kodlarının  ikinci tərəfə ötürülməsi
 
  • Böyük həcmli məqalələrin və ya digər informasiyaların sistemli şəkildə yüklənməsi
   
  • Müəllif hüququ olan materialların ictimai saytlarda yerləşdirilməsi
 
  • Lisenziyalı informasiyanın yenidən satılması və ya kommersiya istismarı

Xəbərdarlıq:

Girişi təmin edən şifrəni  səlahiyyəti olmayan – ailə, dostlar, iş yoldaşları – şəxslərə verilməsi təqdirində istifadə hüququ dondurula və ya ləğv edilə bilər. Yuxarıda sadaladığımız şəxslər bir çox elektron kitabxana resurslarını kitabxananın kompüterlər bazasıdan yararlanmaqla əldə edə bilərlər.
Ümumiyyətlə, elektron jurnalların tam şəkildə yüklənməsinə, biblioqrafik fayllardan geniş tərkibli məlumat bazası kimi istifadə etməyə naşir hüquqlarının qadağası var. Məzmunun sistemli şəkildə - əllə və ya xüsusi proqramlarla - yüklənilməsi naşirlər tərəfindən aşkarlana və xüsusi saytlar vasitəsilə izlənilə bilər.
Həmçinin idarəetmə avadanlıqlarının işinə mane olan, yaxud xarab olmasına yol verən istifadəçilərin istifadə hüquqları ləğv oluna və onlar haqqında Universitə daxilində digər tədbirlər görüləcəkdir.
Lisenziyalı informasiya resurslarının istifadəsinə dair suallarınınzı library@khazar.org ünvanına yönəldə bilərsiniz.