AZ | EN

KİM-in qısa tarixi

  • Xəzər Universitəsinin 15-ci ildönümünə həsr olunmuş Biblioqrafiyanın (Xəzər Universitəsi fakültəsi və əməkdaşlarının müxtəlif universitet: kitab, jurnal məqalələri, konfrans materiallarında nümayiş olunan nəşrlərinin qısa xülasəsi) ilk nəşri çap olundu (2006).
  • Kitabxana İnformasiya Mərkəzi ilk  eIFL- birgə layih.əsində istirak etdi (2006).
  • Xəzər Universitəsi Kitabxana İnformasiya Mərkəzi (KİM) «Sönməz  Məşəl» Mədəni Əlaqələr İctimai Birliyi və YUNESKO-nun maliyyə dəstəyi ilə birgə  “Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədi ilə məlumat bazasının yaradılması” müştərək layihəsinə qoşuldu.
  • Xəzər Universitəsi Kitabxana İnformasiya Mərkəzi “Thomson Scientific” göstəricisinə əsasən jurnalların təsir faktorlarının təhlili ilə məşğul olur.
  • 2008-ci il, oktyabrında Azərbaycanda ilk dəfə elektron arxiv tətbiq edildi. Xəzər Universitəsinə məxsus Elektron Arxiv (Khazar University Institutional Repository) haqqında daha ətraflı http://dspace.khazar.org ünvanında tapa bilərsiniz.
  • Xəzər Universitəsi Kitabxana İnformasiya Mərkəzi ilə birgə, Qafqaz Tədqiqat Resurs Mərkəzləri (QTRM) kitabxana əməkdaşları, kütləvi istifadəyə imkan verəcək ilk Sərbəst Giriş Gününün təbliğatına kömək etmək məqsədi ilə bu mövzunun “Ön söz”ü olan qısa mətni ingilis dilindən Azərbaycan  dilinə tərcümə ediblər.
  • 2009-un akademik ili, Xəzər Universitəsi Kitabxanası tarixində kitabxananın yeni binadakı oxu zallarına köçürüldüyü ən mühüm ildir. 2009-cu il, oktyabrın 27- də Xəzər Universitəsi Kitabaxana və İnformasiya Mərkəzində yeni, geniş şəraitin yaradılması ilə tələbələr, əməkdaşlar indi daha əlverişli imkanlar və kitablardan faydalana bilərlər.
  • İova Universiteti (ABŞ) WiderNet innovasiya layihəsi ilə əsası qoyulan eGranary Rəqəmsal Kitabxanası Xəzər Universiteti Kitabxanasında tətbiq edilmişdir.
  • Dünya Arxivlərinin Veb Göstəricisi (January 2011) müəssisələrin rəqəmsal  arxivlərinin sonuncu ümumdünya göstəricisini elan edib. Xəzər Universitəsi Elektron Arxivi 1100-dən çox arxivin qiymətləndirildiyi siyahıda 892-ci yerə yüksəlib. Ümumilikdə isə, bir sıra, hətta, daha cox inkişaf etmiş ölkələrlə müqayisədə Xəzər Universitəsi Elektron Arxivi yaxşı nəticə əldə edib.
  • Xəzər Universitəsi KİM, Beynəlxalq Elm və Din Cəmiyyəti (The International Society for Science & Religion) Kitabxanası təqaüdçüsü kimi seçilib. Müraciətimiz çəkişməli müzakirə prosesində nəzərdən keçirilib və müəssisəmiz  kitabxananın bütöv komplektini qəbul etmək üçün ümumdünya çərçivəsində yalnız 150 müəssisənin seçilmiş olduğu qrupa qoşulacaq.
  • Xəzər Universitəsi kitabxanası Yaponiya haqqında 100 kitabdan ibarət olan hədiyyəni qəbul etmək üçün seçilib. İngilis dilində çap olunan kitablar, kitabxanaya “Müasir Yaponyanı Anlamaq üçün 100  kitab” proqramı vasitəsi ilə təqdim olunub.
  • Xəzər Universitəsi KİM-in müdiri Tatyana Zayseva 2011-ci ilin iyulunda  FOSS-un (Free and Open Source Software) Azərbaycan üzrə koordinatoru təyin olunub.
  • QS Dünya Universitetlərinin Göstəricisi® 2011/2012-yə əsasən Xəzər Universitəsi ilk dəfə olaraq yekun cədvələ daxil edilib. Bu KİM-in əməkdaşları və universitə fakültəsinin gördüyü işlər nəticəsində baş vermişdir www.topuniversities.com/university-rankings.