AZ | EN

KİM-in qısa tarixi

  • 2001-ci ildə “Dünya” məktəb kitabxanası təsis edildi. Məktəb kitabxanası kitablar, multi-media, informasiya texnologiyalarını təchiz etməklə informasiya üçün Mərkəz rolunu oynayır.
  • ACİ Azərbaycan tabeliyində “Avtomatlaşdırma: Kitabxana və informasiya xidmətləri” adlı yay kursu keçirildi (2001).
  • Kitabxana proqram təminatı “Follett - Kitabxana Sisteminin Avtomatlaşdırılması” tətbiq edilib (2002).
  • Kitabxana müxtəlif rəqəmsal təşəbbüs və elektron resurslar vasitəsi ilə qlobal cəmiyyətin istifadəçilərinə xidmət etməklə öz əhatə dairəsini genişləndirməyə davam etdirir.  Oxu zallarında və universitənin istənilən iş mühitində kolleksiyaların onlayn katoloqunun istifadəsi mümkün edilib.
  • EBSCO məlumatlar bazasından istifadə və dünyanın müxtəlif onlayn kompaniyaları ilə imzalanan müqavilələr, Xəzər Universitəsinin 2003-cü ilin  dekabrında Azərbaycan Kitabxana Konsorsiumunda fəal iştirakı sayəsində mümkün oldu.
  • KİM, Milli Kitabxana və Ədəbiyyat İnstitu ilə birgə Azərbaycan kütləvi ədəbiyyatının latın əlifbası ilə rəqəmsallaşdırılmasına səy göstərən Qutemberq layihəsində iştirak etdi (2003).
  • 2004-cü ildə şəhər mərkəzindəki korpusda, fondun əsasını İqtisadiyyat, Biznesin Təşkili və İdarə edilməsinə dair  kitabların  təşkil etdiyi MBA kitabxanası yaradıldı.
  • KİM-in veb səhifəsi yeniləndi (2004).
  • SABRE Fondu Kitab Təqdimatı (2004) milli mətbuatın böyük marağına səbəb  oldu. Marağı əks etdirən, çox ehtiyac duyulan kitabların belə geniş miqyasda bağışlanması idi.  Sabre Fondu hədiyyəsi, Xəzər Universitəsinə bağışlanılan ən dəyərli kolleksiyalardan biridir – real bazar dəyəri 419,580 $ -dan artıq olan, 13,490-dan çox kitab.
  • Kitabxana Avtomatlaşdırma Sistemi “Follett”  MBA kitabxanası və “Dünya” uşaq kitabxasında yaradıldı  (2005).
  • 2005-ci ildə KİM, Asiya İnkişaf Bankı Azərbaycan Nümayəndəliyinin rəsmi depozitar kitabxanası kimi təyin olunmuşdur.
  • 2005-ci ildə KİM iki layihəyə cəlb olunub:
      CALIMERA və eIFL Sərbəst Giriş Proqramı 2005.
      “World Vision's Gift in Kind” proqramı. Bu proqram çərçivəsində KİM uşaqlar üçün 1,500 artıq kitab əldə edib.
  • Konqres Kitabxanası və Los Anceles Kaliforniya Universiteti ilə (UCLA) Beynəlxalq Mübadilə Proqramı həyata keçirilib.
  • Naşirlərin Beynəlxalq ISBN Təlimatı (Publisher's International ISBN Directory)  32 və 33-cü nəşrlərinin  aparatla oxuna bilən rəqəmlər üçün  İdxal/İxrac formatında Azərbaycan naşirlər məlumat bazası yaradıldı.