AZ | EN

KİM-in qısa tarixi

  • Məktəb Kitabxanaçılığı Beynəlxalq Assosiasiyası xüsusi qərarı ilə Kitabxanaçılar/İnformasiya Mütəxəssisləri Mərkəzinin fəaliyyətini tanıdı.
  • 1999-cu ildə USIS-SOROS-un dəstəyi ilə iki layihə həyata keçirildi:
    Kitabxana məlumat-sorğu kolleksiyasının genişləndirilməsi
    Kitabxananın avtomatlaşdırılması
  • 1999-cu ildən KİM Dünya Bankının Azərbaycanda rəsmi Regional  Depozitar Kitabxanası olaraq təyin edilmişdir. KİM daxilində ayrıca yerləşdirilən bu kolleksiya, iqtisadi inkişafı tədqiq etmək və araşdırmaqda son dərəcə qiymətli kitablar, illik hesabatlar, statistik nəşrlər və kütləvi informasiya materiallarından ibarətdir.  
  • ACI tabeliyində “Kitabxanalar və kitabxanaçılar: informasiyaya giriş” adlı yay məktəbi  keçirildi (1999). Yay məktəbi sürətləndirilmiş kitabxana və informasiya mübadiləsinin təxirə salınmaz ehtiyaclarına istiqamətləndirilib, eyni zamanda kitabxanaçıların məlumatlılığının artırılması və bəzi aparıcı peşakarlıq məsələlərini tədqiq etmək istəyindədir. Yerli qurumlar üçün olan təlim proqramları hədəfə alınmış müxtəlif qruplara xidmət göstərib: xidmətdaxili təlim və peşəkarlar üçün sertifikatlaşdırma proqramları, təlimçilərin təlimi, digər peşəkar qrupların yenidən təlimi və s.
  • 2000-ci ildə Məlumat-sorğu oxu zalı açıldı.
  • Xəzər Universitəsi Kitabxana Sistemini idarə etmək məqsədi ilə Kitabaxana və İnformasiya Xidməti bölməsinin əsası qoyuldu (2000).