AZ | EN

KİM-in qısa tarixi

  • 1991 – 1992: Xəzər Universitəsi Kitabxanasının əsasının qoyulduğu illər. İnfrastruktur sayəsində kitabxana iki ayrı korpusda öz fəaliyyətini davam etdirir: Xətai rayonundakı Şərq, yaxud Əhmədli korpusu və “20 Yanvar” metro stansiyasının yaxınlığında, Yasamal rayonunda yerləşən Qərb korpusu. Hər iki korpus kitabxana və oxu zallarına malikdir.
  • İnformasiyanın əyani şəkildə əldə olunmasnı asanlaşdırmaq  üçün oxu zallarında yerləşən vəsaitlərə sərbəst giriş imkanı verən özünəxidmət siyasəti seçilmişdir.
  • Azərbaycan kitabxanaçılıq sahəsində ilk dəfə kitabxana fondu, Dyü Onluq Klassifikasiya Sisteminə əsasən təsnif olunmuş və yerləşdirilmişdir.
  • 1995-ci ildə USIS-in (Birləşmiş Ştatlar İnformasiya Cəmiyyəti)  maliyyələşdirməsi ilə Los Ancelesin Kaliforniya Universitetindəki Təhsil və İnformasiya Aspirantura Fakültəsi ilə əməkdaşlığın ilkin mərhələsinin mühüm nəticəsi olaraq, Xəzər Universitəsinin Təhsil və İnformasiya Tədqiqatları Mərkəzi  təsis edildi. Mərkəz Azərbaycanda kitabxanaçılar və informasiya mütəxəssisləri üçün müxtəlif təlim proqramları keçirmişdir.