AZ | EN

XİDMƏTLƏR

Home XİDMƏTLƏR Xidmətə dair bəyanat
 

 
Bu sənəddə KİM-in istifadəçilərinə təklif etdiyi xidmətlər barəsində məlumat verilir. KİM-in təcrübəli əməkdaşları oxucuların hər cür sorğularını cavablandırmaq və təklif olunan xidmət üsulları barəsində ətraflı məlumat vermək öhdəliyi daşıyır. Sənəd digər əsas informasiya xidmətləri ilə birgə nəzərdən keçirilməlidir. Buraya Elektron resurslardan istifadə etmək qaydaları, Giriş siyasəti, Dövriyyə Siyasəti və s daxildir.
 

KIM

Biz etməliyik

Sizdən gözlənilir

Mühitin öyrənilməsi
 
 

Giriş

Tələbələri /işçiləri oxucu bileti ilə təmin etmək
Qeydiyyat üçün Xəzər Universitetinin tələbələri /işçiləri üçün oxucu biletini təqdim etmək 

Mebel və avadanlıqlar 

Mebeli istismara yararlı vəziyyətdə saxlamaq
Bütün kompüterləri mütəmadi olaraq yoxlamaq
Avadanlıqlardakı hər hansı nasazlıq barədə istifadəçiləri xəbərdar etmək  
Mebel və avadanlıqlara qayğı ilə yanaşmaq
İstifadə etdiyiniz avadanlıqlara görə məsuliyyət daşıdığınızı və onların təhlükəsizliyinə görə cavabdeh olduğunuzu bilməlisiniz  

Sağlamlıq və Təhlükəsizlik

“Sağlamlıq və Təhlükəsizlik”haqqda mövcud qanunvericiliyə uyğun təhlükəsiz iş mühiti ilə təmin etmək
Təyin edilmiş vaxtda işçilərin təhlükəsizliyini  təmin etmək
Yanğından mühafizə xidmətinə zəmanət verir
Oxu zallarının təmizliyinə və səliqəliliyinə zəmanət verir  
 
Sağlamlığınız və təhlükəsizliyiniz üçün şəxsən məsuliyyət daşıyırsız, həmçinin başqalarının sağlamlığına təhlükə yaradan hərəkətlərdən çəkinməlisiniz
Kitabxanaya yemək və içmək gətirmək qəti qadağandır
Zalı zibilləmək qəti qadağandır
Zalı tərk edərkən kitab və jurnalları təhvil verin  
Oxu zalları
Müxtəlif ixtisas qruplarına uyğun oxu zalları, müzakirə zalları və kompüter zalı ilə təmin edir
Müxtəlif oxu zallarından istifadə edin
Başqalarını narahat etmədən işləyin
Mobil telefonu kitabxanaya daxil olmazdan əvvəl səssiz rejimə keçirin  
Rezervasiya
Oxuculara elektron kataloqun imkanlarından yararlanaraq, tədris kurslarına aid ədəbiyyatı  rezerv etmək imkanı yaradır
Rezerv olunmuş ədəbiyyatı yalnız oxu zalında istifadə etmək
Sənəd təchizatı
Beynəlxalq kitabxanalararası mübadilə xidmətinə əsasən universitetdə olmayan nüsxələrin əldə olunmasını təmin etmək
Beynəlxalq kitabxanalararası mübadilədə İSBN istifadə etmək
Sorğuda sənədi dolğun və dəqiq biblioqrafik təsvir etmək 
Məlumat Mərkəzi
İstifadəçilərə qarşı nəzakətli davranaraq, mümkün qədər tez və effektiv yardım göstərmək
Kitabxana əməkdaşlarına qarşı hörmətlə yanaşmaq
Kitablar
Kitab və digər tədris materiallarının əldə edilməsini asanlaşdıran sistemi inkişaf etdirmək 
Kitab nüsxələrinin lazımi qədər olmaması səbəbindən bütün tələbələrin ehtiyaclarını ödəmək mümkün deyil 
Soraq materialları
Soraq materiallarından istifadəni təmin edir, buraya ensiklopediyalar, lüğətlər, atlaslar, tezariuslar, Ginnesin rekordlar kitabı və s. aiddir
Soraq materiallarını oxu zalından çıxarmaq olmaz
Jurnallar
Bir çox sahələrə aid jurnallardan istifadəni təmin etmək, həmçinin
jurnallara elektron girişi təmin etmək üçün yardım göstərmək
Jurnallar yalnız Dövri mətbuat zalında istifadə olunmalıdır
CD-ROMlar,
Audio-Video kolleksiya
CD-ROMlar, audio-video materiallar Dövri mətbuat zalında toplanmışdır
Abonement zalında yerləşən əlavə nüsxələrdən istifadə kitab verilişi qaydalarına üyğun həyata keçirilir
Elektron İnformasiya Xidməti
Şəbəkədə olan müxtəlif elektron mənbələrə girişi təmin etmək və istifadəyə nəzarət etmək
Təlim proqramlarında iştirak etmək, təlimat və bildirişlərdən yararlanmaq
OPAC
Onlayn Açıq Giriş Kataloqu
İstifadəçilərinə OPAC-da  informasiya əldə etmək üçün yardım etmək:
-Mənbələri müəllif, sərlövhə, mövzu, indeks, seriya, açar söz, buleva operatorları AND, OR və BUT NOT istifadə etməklə axtarış aparmaq
-Mövcud resursları yoxlamaq
İstifadəçiləri OPAC-ın onlayn kömək funksiyası ilə təmin etmək
-İstifadəçilərə biblioqrafik təsvirin yaradılmasına, kitab başlıqlarının şəxsi səbətə yığılması və print olunmasına imkan yaratmaq;
Tədris planını dəstəkləyən biblioqrafik təsvirlər kitabxana əməkdaşları və müəllimlər tərəfindən tərtib edilir
OPAC-ın istifadəsinə dair bələdçidən yararlanmaq və təşkil olunmuş seminar və təqdimatlarda iştirak etmək  
Xəzər Universiteti
Elektron Arxiv DSpace
Xəzər Universitetinin tədqiqat materiallarına girişi təmin edir
Xəzər Universitəsinin e-arxivi olan Dspace həm daxili, həm də xarici mənbələrdən gələn materialları özündə əks etdirir ki, buraya
• lDepartamentlərin tədris materialları və şəxsi materiallar;
•Müəllim və tədqiqatçıların məqalələri;
•Tezis və dissertasiyalar;
•Konfrans materialları (çap olunmamış).
Kitabxana əməkdaşlarının təşkil etdikləri seminar və sessiyalarda iştirak etmək
eLearning
Bir tədris ili üçün kurs materiallarına (PPT və PDF fayllar) pulsuz girişi təmin edir. Buraya tədris planı və prezentasiyalar, tapşırıqlar və əlavə kurs materialları aiddir.
Kitabxana əməkdaşlarının təşkil etdikləri seminar və sessiyalarda iştirak etmək.
 
Xüsusi Elektron Xidmətlər
(Kitab nəşrində İSBN)
Çap olunmuş kitabların milli biblioqrafik məlumat bazasının yaradılması
Fondun  məlumat bazasının yaradılması
İSBN nəşrlərinin məlumat bazasının idarə edilməsi
Biblioqrafik axtarışlarda İSBN-dən istifadə etmək
Xüsusi kolleksiya
Dünya Bankının, Asiya İnkişaf Bankının,BMT-nin və s. xüsusi kolleksiyalarından istifadəni təmin etmək
Nadir kolleksiyadan olan materiallar oxu zallarında istifadə olunur
Tədqiqat Xidmətləri Isnad və Yazı / Üslub dərslikləri
Məqalə, kitab, veb-səhifə, audio və video yazıların ümumi məlumat təsvir olunmasını təmin etmək
İstifadə olunan mənbələrin ardıcıllığını göstərmək və sitat gətirərkən hansi informasiyanın daxil edilməsini göstərən üslub dərslikləri ilə təmin etmək
Kitabxana əməkdaşlarının təşkil etdikləri seminarlarda iştirak etmək
 
 
 
 
 

Əks əlaqə

Xidmətlərdə əks əlaqəni təmin etmək
Bu xidmət Komitələr, Tələbə Şurası, anket sorğuları və s. vasitələrlə həyata keçirilir

 Mümkün kanallardan istifadə edərək əks əlaqə xidmətindən yararlanmaq