AZ | EN

KİTABXANA HAQQINDA

Home KİTABXANA HAQQINDA KİM-in 2012-2014-cü illər üçün strategiyası

qsəd:

KİM-in istəyi maariflənməni dəstəkləmək, təlim və tədqiqatda üstün olmaqdır. Əməkdaşlarımız tədbirli, uzaqgörən olacaq, müxtəlif xidmət və Universitə birliyinin informasiya ehtiyaclarını qarşılamaq, tələbələrin, tədqiqatçıların informasiya və biliyə olan axtarışlarına kömək etmək üçün müasir informasiya texnologiyaları sahəsində liderliyini saxlayacaq.

 

Strateji məqsədlərimizi, hədəflərimizi dəstəkləmək, həyata keçirtmək üçün Universitə çərçivəsində və xaricində əməkdaşlıqlar yaradacağıq. KİM daxilində yenilik mədəniyyəti tətbiq edəcək və xidməti hədəflərimiz, peşəkar inkişafa dair öhdəliyi artıracağıq.

 

Əsas xidməti  işlərimiz və flərimiz:

R UNİVERSİAKADEMİK RLİN XTƏF YİŞƏN İNFORMASİYA EHTİYACLARINI STƏKLƏK ÜÇÜN DMƏTLƏYENİN RDƏN KEÇİRMƏK,  MKÜN OLDUQCA TEXNOLOGİYADAN İSTİFADƏ ETMƏKLƏ İNKİŞAFI STƏKLƏK.

Biz mütəmadi olaraq istifadəçilərin ehtiyaclarını müəyyənləşdirməklə, müxtəlif tələblərə cavab verəcəyik.  Siyasətimizi yenidən nəzərdən keçirmək və texnologiya yenilikləri etməklə, dəyişiklikləri əks etdirmək üçün xidmətlərimizi yenidən formalaşdıracağıq.

KOLLEKSİYALARI GENİŞNDİRMƏK, İNFORMASİYAYA VAXTINDA RAHAT  RİŞƏ MANƏT YARATMAQ ÜÇÜN ELEKTRON İNFORMASİYA DMƏTLƏN İNKİŞAFINI TLƏNDİRMƏK. 

Universitə birliyinin tədris proqramı və tədqiqat prioritetləri tərəfindən məlumatlandırılan KİM, fakültə ilə iş birliyi çərçivəsində informasiya resuslarına girişə nəzarət edir.

Kitabxana xidmətləri daha mürəkkəb və tələblərə cavab verən mühitlə təmin olunmuş olacaq. Kitbaxana hər bir fənn sahəsinə uyğun olaraq, ənənəvi və elektron resursları birləşdirərək “hibrid kitabxana” xidmətini təklif etməyi davam etdirəcək. Elektron resursların artımı, ənənəvi kitabxana resurslarının istifadəsinin və ya nəşrlərin eyni dərəcədə azalması ilə müşayət olunmayacaq  KİM daxili prosesləri asanlaşdırmaqla rəqəmsal resurslara girişi  sürətləndirəcək və tez-tez Azərbaycan Kitabaxa İnformasiya Konsorsiumuyla əməkdaşlıq etməklə, akademik resurslara girişi təkmilləşdirəcək.

KOLLEKSİYALAR VƏ DİGƏR İNFORMASİYA RESURSLARININ MÖVCUDLUĞU VƏ GİRİŞ İMKANINI ARTIRMAQ.
KİM davam edəcək

 
  • Onlayn kataloq vasitəsi ilə kolleksiyalara girişi təkmilləşdirməyə.
 
  • Veb imkanlarından bütünlüklə istifadə etməklə, kolleksiya və resursların giriş imkanını artırmağa.
 
  • ”İstifadəçi birliyininin ehtiyacları” anlayışını dərinləşdirməyə.
 
AKADEMİK TƏDQİQAT ÜÇÜN KİM DƏSTƏYİNİ GÜCLƏNDİRMƏK.
Kitabxana, xüsusilə, DSpace texnologiyasına  əsaslanan Xəzər Universitəsi Elektron Arxivinin  (Khazar University Institutional Repository) təmin edilməsi ilə  Universitənin İnformasiya Strategiyasının həyata keçirilməsində əsas rol oynayacaq.
KİM Xəzər Universitəsi Elektron Arxivi vasitəsi ilə tədqiqat resurslarına  səmərəli girişin təmin edilməsi, tədqiqatçıların öz sahələrindəki tərəqqi barəsində cari məlumatlılığının saxlanılmasına kömək edilməsi və fakültə ilə işləməklə aspirantların tədqiqat metodologiyası, informasiya-axtarış bacarıqlarında səriştəli olmalarına zəmanət yaratmaqla, akademik tədqiqatı dəstəkləyəcək.

KİM-İN MAARİFLƏNDİRİCİ ROLUNU GÜCLƏNDİRMƏK 
KİM fakültə ilə işləməklə tələbələrin qiymətləndirmə və tədqiqat bacarıqlarını inkişaf etdirmələrinə kömək edəcək. KİM yeni maarifləndirici nümunələri inkişaf etdirəcək və dəyişməkdə olan informasiya mühitinə cavab olaraq öz informasiya xidmətlərinin çatdırılmasını yenidən formalaşdıracaq.
Fakültə ilə birlikdə KİM Moodle proqramına http://www.khazar.org/moodle/ əsaslanan açıq e-Təlimi dəstəkləməyə davam edəcək.

KİM-İN TƏLİM İSTİQAMƏTİNİ GÜCLƏNDİRMƏK 
KİM elektron informasiyanın necə əldə edilməsi, eyni zamanda tədqiqi, seçilib qiymətləndirilməsinə dair əsas təlimatı təmin etməklə, cəmiyyət üzvlərinin informasiyaya giriş və dəyərləndirmək bacarıqlarını inkişaf etdirmək üçün  KİM proqramlarını təkmilləşdirəcək. Həm fəal tədris və özünəkömək sistemlərinə diqqət yetirəcək. Təhsil alan şəxslərin öz biliklərinə dair məsuliyyət daşımaları düşüncəsində həvəsləndirəcək.
KİM Azərbaycanda kitabxanaçılar və informasiya mütəxəssislərinin peşəkar inkişafına intensiv seminarlar, ardıcıl mühazirələr, konsultasiya və s. formada xüsusi təlim proqramları təklif etməklə, müasir yanaşmanı dəstəkləməyə davam edəcək.

UNİVERSİTƏ VƏ FAKÜLTƏNİN TƏŞƏBBÜSLƏRİNİ DƏSTƏKLƏYƏN STRATEJİ VƏ BİRGƏ ƏMƏKDAŞLIQLARIN İNKİŞAFINA KÖMƏK VƏ VASİTƏÇİLİK ETMƏK 
Universitə daxilində sahələrarası tədqiqata istiqamətlənmə, texnologiyanın daha geniş miqyaslı istifadəsi, təlim və tədrisə yeni yanaşmalar, eyni zamanda universitə şəhərciyindən kənarda həmkarlıqlar KİM-dən uğunlaşma qabiliyyəti tələb edir.  Akademik birliklərlə sıx əməkdaşlıq etməklə, KİM, texnologiya lideri kimi, yeni yanaşmaları dəstəkləyəcək və vasitəçilik edəcək.

DAHA MÜNASİB ELMİ NƏŞRLƏR ÜÇÜN TƏŞƏBBÜSLƏRƏ İMKAN YARATMAQ VƏ DƏSTƏKLƏMƏK 
Kitabaxana  mümkün  elmi əlaqələri təmin edən strategiyaları həyata keçirməyə davam edəcək. Kitabxana Xəzər Universitəsi akademik birliyi, digər universitetlər və akademik kitabxanalarla razılığa əsasən, Xəzər Universitəsi elmi jurnallarına açıq girişi təmin etməklə, tədqiqat nəticələrini yaymaq üçün alternativ strategiyalar axtarmağa davam edəcək. 

TƏHSİL VƏ TƏDQİQAT, EYNİ ZAMANDA SOSİAL-İNTELEKTUAL ƏLAQƏLƏR ÜÇÜN MÜNASİB GÖRÜŞ YERİ KİMİ KİTABXANA İMKANLARINI GENİŞLƏNDİRMƏK
Elektron xidmətlərimiz və elmi ədəbiyyatın ofislərdə, evlərdə istifadəsinin artmağa davam etdiyi bir müddətdə bizim əyani vəsait xüsusən tələbələr tərəfindən həddən artıq istifadə olunur və yüksək dərəcədə qiymətləndirilir. Təhcizatı yeniləşdirmək və qrup halında çalışan, həm sakit, həm sosial mühiti inkişaf etdirməklə biz, dəyişən istifadə nümunələrinə cavab verən imkanları genişləndirməyə davam edəcəyik.

XİDMƏTİ MƏQSƏDLƏRİMİZİ HƏYATA KEÇİRMƏK ÜÇÜN MÜNASİB TƏŞKİLATİ STRUKTURLAR YARATMAQ VƏ RESURSLARIMIZIN ƏN EFFEKTİV ŞƏKİLDƏ İSTİFADƏSİNDƏN ƏMİN OLMAQ 
Büdcə çətinlikləri və texniki dəyişiklik şəraitində, şəxsi heyətin qruplaşdırılması və təşkilatı strukturlar davamlı nəzərdən keçirilməyə, yenidən işlənməyə ehtiyac duyur. KİM xidməti hədəflərimizə effektiv şəkildə kömək etməyə imkan verən şəxsi heyətin qruplaşdırılmasının səviyyəsinə nəzarət tətbiq edəcək və münasib olan yerdə informasiya xidmətləri və təşkilati strukturları yenidən gözdən keçirəcək.

KİM-İN UĞURLARI, MÜVƏFFƏQİYYƏTİ ÜÇÜN ƏMƏKDAŞLARI VƏRDİŞ VƏ BACARIQLARINI TƏKMİLLƏŞDİRMƏYƏ, ÜMUMİ MƏQSƏDİ, BİRGƏ MƏSU LİYYƏTİ BÖLÜŞMƏYƏ  HƏVƏSLƏNDİRƏN MÜSBƏT TƏŞKİLATİ MƏDƏNİYYƏT YARATMAQ
Kitabxana heyətinin çalışdığı sürətlə dəyişən mühit, daim vərdiş və bacarıqların təkmilləşdirilməsini, bu mühitə uyğunlaşdırılmasını tələb edir. Müsbət iş mühitinə kömək edən, dəstəkləyən strategiyalara vərdiş və bacarıqların təkmilləşdirilməsinə dəstək; yeni təlimat və KİM-in üzləşdiyi məsələlərə dair açıq söhbətlərin aparılması; əməkdaşların işə dair məsələlər və xidmətlərinin müəyyənləşdirilməsi, həyata keçirilməsində iştirak etmək imkanları daxil olacaq.

KİM-İN XİDMƏTLƏRİNİ, RESURSLARINI UNİVERSİTƏ BİRLİYİ DAXİLİNDƏ VƏ XARİCİNDƏ TANITMAQ, ƏLAQƏLƏR YARATMAQLA GENİŞLƏNDİRMƏK, YÜKSƏLTMƏK
Biz Universitə daxilində KİM resursları, xidmətlərini genişləndirəcək və yaradıcı, səmərəli fond-inkişaf strategiyalarına yardım edəcəyik. KİM-in istiqamətlərini, yeniliklərini, uğurlarını universitə şəhərciyində və xaricində elan edəcək və tanıdacağıq.