AZ | EN

01 December 2017

Vakansiya: Kitabxana-İnformasiya Mərkəzinə kitabxanaçı tələb olunur

Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi kitabxanaçı vəzifəsi üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün kitabxanaçılıq üzrə ali təhsilin olması vacibdir.
Kitabxanaçının vəzifələrinə daxildir:
 
  • istifadəçiləri kitabxananın müxtəlif resursları ilə tanış etmək;
  • kitabxanaya daxil olan informasiya resurslarının qeydiyyatını aparmaq, MARC formatında e-kataloqa daxil etmək;
  • müəllim və tələbə heyətinə elektron biblioqrafik məlumat bazasında axtarışlarda kömək etmək;
  • kitabxana tədbirlərində fəal iştirak etmək;
  • kitabxana işi ilə bağlı gündəlik işləri yerinə yetirmək;
  • digər vəzifələr.
 
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilini mükəmməl şəkildə bilməli, ingilis dilində olan mətnləri başa düşməli, ofis proqramlarında işləməyi, ünsiyyət qurmağı, gərgin iş rejimində işləməyi bacarmalıdırlar. Namizəd məsuliyyətli olmalı, işləri vaxtlı-vaxtında və peşəkarlıqla görməlidir. Müsabiqədə iştirak etmək istəyənlər məktub və CV-ni amiskerli@khazar.org elektron poçt ünvanına göndərsinlər.
Son müraciət tarixi 2017-ci il dekabrın 1-dir.

TOP DESTINATIONSTOP DESTINATIONS