AZ | EN

28 September 2017

Xəzər Universitetinin nəşrləri V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında nümayiş olunur

2017-ci il sentyabrın 28-də V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı oldu. Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları sərgidə universitetin nəşrlərini nümayiş etdirirlər. Kitabsevərlərə və iştirakçılara universitet haqqında geniş məlumat verilərək, hədiyyələr təqdim edilir.
Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda, yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Sərgi uç gün davam edəcək.
 

TOP DESTINATIONSTOP DESTINATIONS