AZ | EN

22 September 2017

Xəzər Universitetində tədqiqat seminarı keçirildi

2017-ci il sentyabrın 22-də Xəzər Universitetində tədqiqat seminarı (Research seminar/Journal Club) keçirildi. Seminarda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, Xəzər Universitetinin Magistratura və doktorantura bölməsinin müdiri Dr.Eldar Şahgəldiyev, Biologiya departamentinin və Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin müdiri Dr. İradə Xəlilova, Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasov, Təhsil departamentinin koordinatoru Qoşqar Məhərrəmov, Kitabxana-İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli, Kataloqlaşdırma bölməsinin müdiri Samirə Orucova, universitetin PhD tələbələri iştirak edirdilər.
Seminarın ilkin mərhələsində Təhsil departamentinin koordinatoru Qoşqar Məhərrəmov Xəzər Universitetində yeni yaradılan PhD və Magistr Tələbə Birliyinin (PhD and Master Student Association) məqsədlərini açıqladı, burada görüləcək işlər və planlar haqda çıxış etdi. Seminarda müzakirələr aparıldı və bu birliyin fəaliyyətinin PhD və magistr tələbələrin inkişafında əhəmiyyətli olması vurğulandı. Bu birliyə rəhbərliyi doktorant Qoşqar Məhərrəmov könüllü olaraq üzərinə götürdü.
Seminarın ikinci mərhələsində Bioloji elmlər departamentinə və Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin elmi işçisi Dr. Babək Əlibəyov son illər Çexiya Elmlər Akademiyasının Biokimya və Üzvi Kimya İnstitutunda apardığı elmi tədqiqatların nəticələrini təqdim etdi və tələbələrə öz təcrübəsindən danışdı.
Kitabxana-İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli Xəzər Universitetinin kitabxanasının son məlumat bazalarını təqdim etdi və bunlardan necə istifadə etmək yollarını göstərdi.
Sonra Dr. İradə Xəlilova tələbələrə Xəzər Universitetində 2016-cı ilin fevralında qurulan Xəzər Tədqiqata Dəstək Mərkəzinin (Khazar Research Support Center) fəaliyyəti və müxtəlif tədqiqat sahələrinə aid mentorlar haqqında məlumat verdi.
Seminarın sonunda növbəti seminarda tezis və məqalə yazmaqda mühüm olan EndNote soft proqramının workshop-unun keçirilməsi qərara alındı. Həmçinin, sentyabrın 29-da PhD və Magistr Tələbə Birliyinin ilk sərbəst sosial görüşünün Zirə Ekoparka səfəri planlaşdırıldı. Qeyd olundu ki, bu birliyə ixtisasından və harada oxumasından asılı olmayaraq, hər bir PhD və magistr tələbə qoşula bilər.

TOP DESTINATIONSTOP DESTINATIONS